Azerbaijani | English | Deutch | French | Italiano
home
AzərbaycanÜmummilli liderSəfirlikAzərbaycan-İsveçrəAzərbaycan-LixtenşteynErməni təcavüzüXəbərlər/TədbirlərKonsul xidmətiŞəkillər

Xəbərlər/Tədbirlər

Lozannada 2020-ci il Olimpiadasının keçirilməsi üçün Bakının Sifariş kitabı təqdim edilmişdir
14 fevral 2012

Lozannada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) iqamətgahında “Bakı-2020” Sifariş kitabının təqdimatı olmuşdur.
AzərTAc xəbər verir ki, Bakı BOK-a öz sifarişini rəsmi şəkildə təqdim edən dördüncü şəhərdir. Dünən Tokio və Dohanın təqdimatları, fevralın 14-də səhər isə Madridin təqdimatı olmuşdur. Sabah – sifariş verilməsinin sonuncu günü İstanbul öz Kitabını təqdim edəcəkdir. 
Xatrırladırıq ki, Roma 2020-ci il Olimpiadası uğrunda mübarizədə öz namizədliyini geri götürmüşdür.
Lozannada Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov, AFFA-nın baş katibi Elxan Məmmədov, Azərbaycanın İsveçrədəki səfiri Murad Nəcəfbəyli, Olimpiya çempionu Zemfira Meftahətdinova, paralimpiya çempionu İlham Zəkiyev, habelə “Bakı-2020” olimpiadasının Təşkilat Komitəsinin icraçı direktoru Könül Nurullayeva təmsil etmişlər.
Təqdimat zamanı olimpiya çempionları Elnur Məmmədlinin və Namiq Abdullayevin 2020-ci il olimpiadasının Bakıda keçirilməsini dəstəkləyən sözləri oxunmuşdur. 

printerçap versiyası

Erməni təcavüzü
Erməni təcavüzü
Azərbaycanın xaricdəki səfirlikləri