Hörmətli xanımlar və cənablar,
Sizi Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin rəsmi internet səhifəsində ürəkdən salamlayıram.
Sizin marağınız üçün çox şadam. Burada Sizə Azərbaycan-İsveçrə və Azərbaycan-Lixtenşteyn münasibətlərinin səciyyəsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın tarixi və mədəniyyəti, Səfirliyin gündəlik fəaliyyəti, konsulluq xidməti və digər məsələlər haqqında məlumatlar təqdim edilir. Əgər Sizin əlavə suallarınız olarsa, bizə müraciət edə bilərsiniz.
Səfirliyimiz 2005-ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlamışdır. Səfirliyin təsis edilməsindən sonra ölkəmizin həm İsveçrə, həm də Lixtenşteyn ilə əlaqələri siyasi, iqtisadi, mədəni və sosial sahələrdə daha da genişlənmiş və bu münasibətlər hazırda da yüksələn xətt üzrə inkişaf etməkdədir. Yüksək səviyyəli, o cümlədən nazirlərin və parlament nümayəndələrinin intensiv səfərləri sayəsində ikitərəfli əlaqələr daha da dərinləşmişdir.
Mən Sizə bu səhifəyə baxış keçirərkən yeni maraqlı məlumatlar əldə etməyi arzu edirəm. Səfirlik təkliflər üçün minnətdar olardı.
Murad Nəcəfbəyli
Səfir




















