Azerbaijani | English | Deutch | French | Italiano
home
AzərbaycanÜmummilli liderSəfirlikAzərbaycan-İsveçrəAzərbaycan-LixtenşteynErməni təcavüzüXəbərlər/TədbirlərKonsul xidmətiŞəkillər

Səfir

 

Tərcümeyi-hal: Murad Nizami oğlu Nəcəfbəyli, Azərbaycan Respublikasının

İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri,

BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi

 

Murad Nizami oğlu Nəcəfbəyli 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Memarlıq və İnşaat Universitetinin İqtisadiyyat Fakültəsini iqtisadçı kimi fərqlənmə diploma ilə bitirmiş və eyni zamanda Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasını bitirərək beynəlxalq münasibətlər sahəsində mütəxəssis dərəcəsinə yiyələnmişdir. O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasındakı aspirantura təhsilini başa vurduqdan sonra 2004-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.  O, həmçinin Rusiya Dövlət Sosial Universitetini fərqlənmə diploma ilə bitirərək hüquq sahəsində mütəxəssis dərəcəsi əldə etmişdir. M.Nəcəfbəyli 1994-cü ildən etibarən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin sistemində çalışmaqdadır. O, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Asiya, Afrika və Latın Amerikası Ölkələri İdarəsinin attaşesi, Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin III Katibi, II Katibi və daha sonra şöbə müdirinin vəzifələrini icra edən təyin edilmişdir. 2001-ci ilin iyul ayında Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin I Katibi, daha sonra Müşaviri təyin olunmuşdur. 2001-ci ilin oktyabr ayından 2004-cü ilin iyun ayına qədər Daimi Nümayəndəliyin müvəqqəti işlər vəkili vəzifəsində işləmişdir. 2004-cü ilin avqust ayında uzunmüddətli ezamiyyəti başa çatdıqdan sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Müqavilələr İdarəsinin rəisi vəzifəsinə təyin olmuşdur. 2010-cu ilin yanvar ayında M.Nəcəfbəyliyə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Fövqəladə və Səlahiyyətli Səfir diplomatik rütbəsi verilərək, Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli Səfiri, BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi təyin edilmişdir. Səfir, Daimi Nümayəndə M.Nəcəfbəyli ingilis, rus və türk dillərini bilir və onun Azərbaycan, İsveçrə və digər ölkələrdə bir sıra elmi məqalələri çap olunmuşdur. Evlidir. 


Səfirin salamlaması
28 oktyabr 2011

printerçap versiyası

Erməni təcavüzü
Erməni təcavüzü
Azərbaycanın xaricdəki səfirlikləri